Rusiyada hava limanlarında kütləvi reys gecikmələri baş verir
KONKRET.az xəbər verir ki, son saatlarda Rusiyanın bir sıra hava limanlarında onlarla aviareysin gecikməsi və bir neçəsinin ləğv olunması qeydə alınıb. Yerli mənbələrin yazdığına görə, son dörd saat ərzində gecikən reyslərin sayı iki dəfə artıb.
Xüsusilə ciddi vəziyyət Sankt-Peterburqdakı Pulkovo hava limanında müşahidə olunur. Şəhərin qubernatoru hava məkanında pilotsuz uçuş aparatları (PUA) təhlükəsi olduğunu bildirib. Pulkovo hava limanında artıq 80-dən çox reys gecikib.
Moskva hava limanlarında da oxşar vəziyyət yaranıb:
-
Vnukovo hava limanında 4 reys gecikib, 1-i ləğv olunub;
-
Domodedovoda 11 reys gecikib, 1-i ləğv edilib;
-
Şeremetyevoda 37 reys gecikib, ləğv olunan yoxdur.
Digər şəhərlərdəki vəziyyət:
-
Kalininqradın Xrabrovo hava limanında təxminən 30 reys gecikib, 8-i ləğv olunub;
-
Nijeqorod vilayətindəki Çkalov hava limanında 10 reys gecikib, 5-i ləğv edilib;
-
Samara, Saratov, Kazan və Yekaterinburq hava limanlarında isə hər birində 5-10 reys gecikib, 2-3 reys ləğv olunub.
Sərnişinlər sosial şəbəkələrdə hava limanlarında saatlarla uçuş icazəsini gözlədiklərini, bəzilərinin isə terminallarda yerə uzanaraq yatdıqlarını bildirirlər.
Natiq Səlim,
KONKRET.az