Ukrayna müharibənin 1371-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 167 570 hərbçi, 11 368 ədəd tank, 23 624 ədəd zirehli döyüş maşını, 34 644 ədəd artilleriya sistemi, 1 549 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 250 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 68 118 ədəd avtomobil texnikası, 84 217 ədəd PUA, 3 981 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 006 xüsusi avadanlıq itirib.
