Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatdıbackend

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatdı

İyulun 31-nə keçən gecə Rusiya aviasiyasının Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 26 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

“Xilasedicilər gecə və səhər saatlarında Svyatoşinsk rayonunda yaşayış binasının dağıntıları altından daha 10 nəfərin, o cümlədən 2 yaşlı körpənin meyitini çıxarıblar”, – qurumdan bildirilib.

Həmçinin avqustun 1-i səhər saatlarına olan məlumata görə, atəş nəticəsində 16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib.

“Ərazidən 2 min tondan çox dağıntı çıxarılıb. Fəsadların aradan qaldırılmasına 180 xilasedici və 60 texnika cəlb olunub. İşlər davam edir”, – xilasedicilər bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*