Rusiyanın qaz kəmərlərini bombalamasının ŞOK SƏBƏBLƏRİ – Putinin planı BUDURbackend

Rusiyanın qaz kəmərlərini bombalamasının ŞOK SƏBƏBLƏRİ - Putinin planı BUDUR

Rusiya hərbçiləri Ukraynanın Odessa vilayətində yerləşən magistral qaz kəmərinə zərbələr endirib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bəs, Rusiya qaz kəmərlərini bilərəkdən vurur, yoxsa bu, təsadüfdür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov bildirib ki, Rusiya müharibədə strateji və enerji infrastrukturlarını hədəf almaqda israrlıdır:

Vəli Əlibəyov: “Əkdiyimiz PR toxumlarının kiçik cücərtilərini görürük” MÜSAHİBƏ

“Rusiya çox zaman strateji və enerji xətlərinə zərbələr endirir. Bu zərbə də gözlənilən idi. Qarşıdan qış gəlir və bu, Ukraynanın enerji təhlükəsizliyini hədəf alan addımdır. Ukrayna qazsız qala bilər və bu xətlə qaz alan Şərqi Avropa ölkələri də təsirlənə bilər. Bu, eyni zamanda Avropaya təzyiq vasitəsidir. Rusiya göstərmək istəyir ki, əgər sanksiyalar davam edərsə, Avropanı enerjisiz qoya bilər”.

Ekspertin fikrincə, Rusiya zərbə endirdiyi bu kəməri özünün qaz nəqli xətlərinə rəqib hesab edir:

“Məqsəd öz enerji daşıyıcılarının aktuallığını qorumaq və çıxılmaz vəziyyətə düşən Avropanı yenidən Rusiyaya müraciət etməyə məcbur etməkdir”.

Vəli Əlibəyov hesab edir ki, baş verənlər Azərbaycanın qaz ixracına da təsirsiz ötüşməyəcək:

“Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. Lakin bu xətt işləməsə, bizim də qaz nəqlində problemlər yaranar. Avropa ölkələri bu halda Azərbaycandan yeni qaz müqavilələri tələb edə bilər ki, bu da bizim üçün daha az əlverişli şərtlər yarada bilər. Ümumilikdə bu artıq risk xəttidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*