Rusiyanın tanınmış müğənnisi Alsu 18 il evil olduğu Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, çütlüyün ayrılmasına ərinin üzunmüddətli xəyanəti səbəb olub.
Ərinin çoxsaylı xəyanətlərini bilsə də, müğənni uzun illər şayiələrə şərh vermədən münasibətləri xilas etməyə və ailəsini qorumağa çalışıb. Amma görünür, onun da səbri tükənib.
“Abramov Alsunu dünən deyil, 10 ildən çoxdur ki, aldadır. Məşuqələrindən biri üçün dəbdəbəli yaxta icarəyə götürmüşdü, orada birlikdə vaxt keçirirdilər. O, həmişə təəssürat yaratmağı bacarlrdı və qadınlar onun cazibəsinə müqavimət göstərə bilmirdilər”, – deyə cütlüyün əhatəsində olan mənbə bildirib.
Xatirə SADİQ,
KONKRET.az