Rusiyaya gedənlərə VACİB XƏBƏR: Qaydalar sərtləşdibackend

Rusiyaya gedənlərə VACİB XƏBƏR: Qaydalar sərtləşdi

İyunun 30-dan etibarən Rusiya ilə vizasız rejimi olan ölkələrin, o cümlədən Ermənistan vətəndaşları rəqəmsal qeydiyyatdan keçməlidirlər. Bu barədə Rusiya XİN-in konsulluq xidməti məlumat yayıb.

KONKRET.az xəbər verir ki, qeydiyyat ölkəyə gəlişdən ən geci 72 saat əvvəl tamamlanmalı və nəticədə sərhəddə təqdim olunacaq QR kod əldə edilməlidir.

Ərizə üçün şəxsi hesab yaradılmalı, foto və şəxsi məlumatlar yüklənməli, qalma müddəti göstərilməlidir.

Fövqəladə hallarda (xəstəlik, yaxın qohumun ölümü) müraciət ölkəyə daxil olmadan ən azı 4 saat əvvəl verilə bilər. Tələb Belarus istisna olmaqla, Aİİ ölkələrinin vətəndaşlarına da şamil edilir.

6 yaşınadək uşaqlar, həmçinin viza, TRP və ya yaşayış icazəsi ilə gələnlər qeydiyyatdan azaddırlar. 6–18 yaş arası uşaqlar üçün ərizə valideyn və ya qəyyum tərəfindən təqdim edilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*