“Rusiyaya qarşı ikinci hərbi cəbhənin açılmasının qarşısını aldıq” – Kobaxidzebackend

"Rusiyaya qarşı ikinci hərbi cəbhənin açılmasının qarşısını aldıq" - Kobaxidze

Gürcüstan hakimiyyəti müxalifətin səylərinə baxmayaraq, Rusiyaya qarşı ikinci hərbi cəbhənin açılmasının qarşısını ala bildi.

KONKRET.az xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze bildirib.

“Gürcüstan hökuməti ölkəmizdə sülhün və ölkənin təhlükəsizliyinin qorunması üçün hər şeyi edib. Gürcüstanda ikinci cəbhənin açılması üçün böyük səylər göstərilməsinə baxmayaraq, biz bu mübarizədə uğur qazandıq”, – deyə o qeyd edib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan hökumətinin məziyyəti ondadır ki, “1921-ci il ssenarisi Gürcüstanda təkrarlanmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*