Rusiyaya qarşı tribunal YARADILDI: Zelenski TƏSDİQLƏDİ backend

Rusiyaya qarşı tribunal YARADILDI: Zelenski TƏSDİQLƏDİ 

İyulun 1-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı cinayətlərinə görə xüsusi tribunalın yaradılması haqqında sazişi ratifikasiya edən sənədləri imzalayıb.

KONKRET.az bildirir ki, Zelenskinin sözlərinə görə, tribunalın yaradılması prosesinə başlamaq üçün Avropa Şurası ilə saziş təcili olaraq ratifikasiya edilməlidir.

Prezident zəruri qanunvericilik dəyişikliklərini tez bir zamanda hazırlayıb Ali Radaya təqdim etməyi tapşırıb.

Zelenski vurğulayıb ki, Rusiya nəticələrini artıq bu il hiss etməlidir. Onların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüquqi proses başlayıb.

Avropa Şurası ilə saziş iyunun 25-də imzalanıb. Tribunal layihəsi Avropa Parlamenti və AŞPA tərəfindən dəstəklənib.

Bundan əvvəl bildirilmişdi ki, tribunal müharibənin başlanmasında məsul olan Rusiya Federasiyasının ali rəhbərliyinin 20-yə yaxın nümayəndəsi ilə bağlı araşdırma apara bilər.

Xatırladaq ki, 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların deportasiyası üçün Vladimir Putinin həbsinə order vermişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*