“Rusiyaya suallarımız var, onlardan cavab gözləyirik” – Qaqik Çarukyanbackend

“Rusiyaya suallarımız var, onlardan cavab gözləyirik” - Qaqik Çarukyan

“Son aylarda keçirdiyim ictimai görüşlər və müxtəlif peşəkar qruplarla apardığım müzakirələr nəticəsində aşağıdakı ideyalar ortaya çıxdı və mən əminəm ki, onlar ölkəmizin dirçəlişinin əsasını qoya bilər”.

KONKRET.az xəbər verir ki, bu sözlər “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Çarukyanın son bəyanatındandır.

O daha sonra deyib: “Güclü dövlətə sahib olmaq istəyiriksə, daxili barışığa, cəmiyyətdaxili sülhə getməliyik. Biz millət olaraq qaçqın olmaq istəmiriksə, bu yolu tutmalıyıq. Eləcə də erməni Apostol Kilsəsinin milli birliyimizi və barışığımızı bərpa etmək üçün son dərəcə mühüm missiyası var. Biz kilsənin yanında dayanmalıyıq”.

Çarukyan daha sonra bildirib: “Milli mənsubiyyətimizlə bağlı qürur duysaq da, əvvəlki hörmət, yanaşma yoxdur. Heç Ermənistan-diaspor birliyi də yoxdur. İndi biz hər şeyi sıfırdan qurmalıyıq”.

Partiya sədri hesab edir ki, Ermənistanı təkbaşına bu vəziyyətdən çıxara biləcək nə bir qüvvə, nə bir partiya, nə də bir şəxs var: “Ermənistana ağıllı və bacarıqlı insanların işləyə biləcəyi mühit lazımdır. Ermənistana yeni atmosfer – tərəqqi atmosferi lazımdır. Bunun üçün isə Ermənistana yeni ideyalar, yeni formatlar, yeni yanaşmalar, yeni oyun qaydaları lazımdır”.

Onun sözlərinə görə Ermənistana bütün dünya ilə düşmənçilik yox, müttəfiqlər lazımdır: “Erməni xalqının əhəmiyyətli hissəsinin Qərbdə, çox böyük hissəsinin Rusiyada, Yaxın Şərqdə, dünyanın müxtəlif yerlərində yaşadığını nəzərə alsaq, biz körpü rolunu oynaya bilərik”.

O, deyib ki, Rusiyaya sualları var: “Onlardan cavab gözləyirik, amma özümüz üçün bir suala da aydınlıq gətirməliyik: Rusiya ilə düşmənçilik etmək istəyirik, yoxsa bu münasibətləri yaxşılaşdırmaq, bərpa etmək istəyirik? Əgər bizim Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq üçün kifayət qədər intellektimiz varsa, o zaman biz mövcud problemlərdən, gözləntilərimizdən açıq-aydın danışmalı, düzgün gündəmi qurmalı və Moskva ilə işə başlamalıyıq. Bundan həm biz, həm də Rusiya faydalanacaq”, – deyə bildirən Çarukyan xüsusi olaraq bəyanatında qeyd edib ki, keçmişlə müqayisə heç bir fayda verməyəcək: “Ölkəmizə gələcək lazımdır. Ermənistanın nicatı nə keçmişdə, nə indidə, nə də gələcəkdədir. Biz qeyri-adi potensiala malik xalqıq. Sağalmaq üçün hər cür şansımız var. Həyat statik deyil, davam edəcək və hər şey öz yerinə düşəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*