Kreml sözçüsü Dmitri Peskov Avropa İttifaqının Rusiyanı danışıqlar masasına oturtmaq məqsədi daşıyan yeni sanksiyalar paketi ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun açıqlamasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Peskov Rusiyanı danışıqlara yalnız məntiq və arqumentlərlə dəvət etməyin mümkün olduğunu qeyd edib:
“Rusiyanı danışıqlar masasına yalnız məntiq və arqumentlərlə oturtmaq olar. Hər hansı təzyiq və ya güc vasitəsilə buna nail olmaq mümkün deyil”, – deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Peskov həmçinin Ermənistanda hazırda baş verən hakimiyyətlə Kilsə arasındakı qarşıdurmanı bu ölkənin daxili işi adlandırıb.
Natiq Səlim,
KONKRET.az