Rusiyaya yeni təyin olunan erməni səfirin bu ölkədə biznesi olubbackend

Rusiyaya yeni təyin olunan erməni səfirin bu ölkədə biznesi olub

Avqustun 14-də Ermənistan prezidenti Vaaqn Xaçatryan baş nazirin təklifi ilə Qurgen Arsenyanı Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

KONKRET.az xəbər verir ki, “Hetq” nəşri səfirin biznesi barədə material hazırlayıb:

“Keçən ilə qədər Arsenyan Rusiyada biznes sahibi olub. O, ixtisasca iqtisadçıdır. Rəsmi tərcümeyi-halına görə, 1987-2000 və 2007-2012-ci illərdə bizneslə məşğul olub, 2000-2007, 2012-2017 və 2021-2024-cü illərdə isə Ermənistan parlamentinin deputatı olub. Üstəlik, parlamentdə müxtəlif qüvvələri təmsil edib. Arsenyan parlamentin ən zəngin deputatlarından biri hesab olunur.

Qurgen Arsenyanın əmlakı və gəlirləri:

2023-cü ilin son bəyannaməsinə görə, Arsenyan 7-si Ermənistan, 1-i Rusiya olmaqla 8 şirkətdə səhmlərə sahib olub. Lakin onun 51 faizlik paya malik olduğu erməni şirkətlərindən biri olan “Eldorado-Armen” MMC 2020-ci ildə müflis elan edilib və 2023-cü ilin sonunda iflas işi onun ləğvi ilə başa çatıb. 2023-cü ilin iyun ayından etibarən yeganə Rusiya MMC “Vcredit24” yoxa çıxıb. Bununla belə, 2023-cü il üçün illik bəyannamə göstərir ki, şirkət mövcud olub”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*