Ruslar kütləvi şəkildə ordudan qaçırbackend

Ruslar kütləvi şəkildə ordudan qaçır

Ukraynada döyüşən rus əsgərləri kütləvi şəkildə ordudan yayınmağa cəhd edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Vətəndaş.Ordu.Hüquq” təşkilatının direktoru Sergey Krivenko açıqlama verib.

O bildirib ki, orduda fərarilik halları iki dəfə artıb. İyun-avqust aylarında 305 müraciət olduğu halda, sentyabr-noyabr aylarında 577 belə müraciət daxil olub. Ən çox qaçmağa cəhd oktyabr ayında qeydə alınıb (218).

Sergey Krivenko qeyd edir ki, Rusiya hərbçiləri rotasyonun olmadığını, hətta ağır yaralıların xəstəxanaya yerləşdirildikdən sonra cəbhəyə geri göndərildiyini bildirir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*