Ruslar “öldürmə” əmrini pozmur, əksinə… – Patriarx Kirill ETİRAF ETDİbackend

Ruslar “öldürmə” əmrini pozmur, əksinə... - Patriarx Kirill ETİRAF ETDİ

Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill bildirib ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı “öldürmə” əmrini pozmur, əksinə onu yerinə yetirir və beləliklə “şeytana qarşı dayanır”.

KONKRET.az xəbər verir ki, patriarx Kirillin sözlərinə görə, “Hərbi və mənəvi qəhrəmanlıq yalnız yan-yana qoyulmur, onlar bərabər tutulur və biri digərindən ayrı deyil.

Bəziləri ‘Öldürmə əmrinə necə əməl olunur?’ deyə soruşa bilər. Bu suala cavab sadədir: əgər şər insanların həyatına təhlükə yaradır, düşmən yaşlıları, uşaqları, qadınları hədələyirsə, onda hərəkətsizlik yolverilməzdir. Bu halda şərə qarşı durmamaq birbaşa qətlin köməkçiliyi sayılır.”

O əlavə edib ki, vətəni müdafiə edən və “zəifləri, müdafiəsizləri qoruyan” hərbçi əslində ilahi əmr və qaydaları yerinə yetirmiş olur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*