London uzunmüddətli perspektivdə Kiyevi dəstəkləməlidir.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın baş naziri Boris Conson səsləndirib.
Onun sözlərinə görə, dünya Ukraynadan bezsə də köməyi əsirgəməməlidir.
“Ruslar Ukraynada qarış-qarış irəliləyir, ancaq həqiqət budur ki, Ukrayna bu müharibədə qələbə qazanacaq”, – Britaniyanın baş naziri deyib.
Xatırladaq ki, Boris Conson bir gün əvvəl Ukraynaya gəlib. Danışıqlardan sonra o, prezident Volodimir Zelenskiyə Ukrayna hərbçiləri üçün Britaniya ərazisində genişmiqyaslı təlim proqramı təklif edib.
Roman Göytürk,
KONKRET.az