Luqansk vilayətində rusların taktikaları yoxdur, amma say çoxluğu hesabına irəliləyirlər.
KONKRET.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Bu müharibə olduqca böyük düşmənlə aparılır. 140 milyonluq əhali ilə böyük ehtiyatı var. Düzdür, bunlar qeyri-peşəkar hərbçilərdir, amma sayları olduqca çoxdur. Hazırda ən böyük problemimiz onların sayının çox olmasıdır. Heç bir taktita və strategiyaları yoxdur”, – Qayday bildirib.