Rusların səyahət etdiyi ən populyar 10 şəhər – BAKI NEÇƏNCİDİR?backend

Rusların səyahət etdiyi ən populyar 10 şəhər - BAKI NEÇƏNCİDİR?

Florensiya və Mexiko 2023-cü ilin yayında ruslar arasında ən populyar 10 xarici şəhərlər sırasındadır.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, otellərin ən çox sifariş edildiyi şəhərlər isə İstanbul, Minsk, İrəvan, Bakı və Dubaydır.

Ekspertlər bildirir ki, bu şəhərlər bütün sifarişlərin təxminən 40%-ni təşkil edir.

Qeyd olunub ki, bu siyahıda ilk dəfə olaraq Mexiko, Florensiya və Belek şəhərləri də yer alıb.

Araşdırmaya görə, bu il ruslar arasında tələbat olan xarici istiqamətlərin siyahısı genişlənib.

Baxmayaraq ki, Ermənistan və Türkiyə aviabiletlərin həcminə görə lider olaraq qalır (40,6%). Səyahət edənlərin Tailand, İndoneziya, Fransa, Özbəkistan və Kubaya uçma ehtimalı da artıb.

Eyni zamanda, yay tətili üçün Azərbaycan, BƏƏ, Gürcüstan və Qırğızıstan bu il 2022-ci ilə nisbətən 14% az seçilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*