Adı Ukraynada korrupsiyada hallanan Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ölkəsinə qayıdıb.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Aleksey Qonçarenko özünün “Telegram” kanalında məlumat verib.
“Rustem Umerov ölkəyə qayıdıb”, – deyə parlamentari yazıb.
“Berliner Zeitung” (BZ) nəşri noyabrın 20-də yazıb ki, Umerovun ezamiyyətinin vaxtının uzadılması Ukrayna elitasını narahat edir. Bildirilir ki, Umerovun xaricə “qaçması” onun Ukraynada korrupsiya qalmaqalına aidiyyəti olması ilə bağlı şayiələri qızışdırır.
