Sibir Dövlət Elm və Texnologiya Universitetinin müəllimi rüşvət almaqda təqsirli bilinib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, həmin şəxs 2015-2019-cu illərdə 19 tələbədən rüşvət alıb.
Məlumata görə, göstərilən müddətdə müəllim qanunsuz olaraq tələbələrdən 800 min rubldan çox pul alıb.
Qeyd olunub ki, müəllimdən yarım milyon rubldan çox pul müsadirə edilib və dövlətə köçürülüb.
Həmçinin onun əmlak və avtomobilinə də həbs qoyulub.
İqbal Rzayev,
KONKRET.az