NATO-nun Baş katibi Mark Rutte Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçirilən sülh danışıqlarına aşağı səviyyəli nümayəndə heyəti göndərməsinə münasibət bildirib. Rutte bu addımı “səhv” adlandırıb.
KONKRET.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi (ASB) zirvə toplantısının girişində jurnalistlərə açıqlama verən Rutte, İstanbul danışıqları ilə bağlı suala cavabında bildirib:
“Putin İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərməklə səhvə yol verdi. Top açıq-aşkar onun meydançasındadır. O, indi bu topla oynamalıdır. Sülhə həqiqətən maraqlı olduğunu göstərməlidir. Hesab edirəm ki, hazırda bütün təzyiqlər onun üzərindədir.”
Aynurə İsmayıl
KONKRET.az