İranın sonuncu şahının oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edərək, hərbi əməliyyatlar zamanı İranın mülki infrastrukturunu hədəf almamağa çağırıb. Pəhləvi özünün “X” hesabında qeyd edib ki, bu obyektlər İran xalqına və ölkənin azad gələcəyinə məxsusdur. “İslam Respublikasının infrastrukturu repressiya və terror mexanizmidir, lakin mülki obyektlər iranlılara gələcəkdə ölkəni yenidən qurmaq üçün lazım olacaq”, – deyə o bildirib.
KONKRET.az xəbər verir ki, Rza Pəhləvi hər iki liderdən zərbələri yalnız rejimə və onun repressiv aparatına yönəltməyi, xalqın mülkiyyəti olan infrastrukturu isə qorumağı xahiş edib. Bu müraciət Donald Trampın Tehrana qarşı verdiyi son ultimatumdan sonra gəlib. Xatırladaq ki, Tramp İranın Hürmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə ölkənin ən böyük elektrik stansiyalarını “məhv edəcəyi” ilə hədələyib.
Natiq Səlim,
KONKRET.az
