Saakaşvili kamerada televizora baxır – RƏSMİbackend

Saakaşvili kamerada televizora baxır - RƏSMİ

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsxanada döşək və televizorla təmin edilmədiyi barədə vəkillərin iddiası yalandır.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Xidmətin açıqlamasına görə, Saakaşvili hazırda televizordan istifadə edir.

Gürcüstan qanunvericiliyinə görə, təqsirləndirilən şəxs təcridxanada televizoru öz hesabına ala bilər, sabiq prezident bu hüququndan istifadə edib.

Bundan başqa, Mixail Sakaşviliyə yataq dəsti verilib, amma o, əlavə döşək tələbiylə həbsxana rəhbərliyinə müraciət etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*