Saakaşvili: “Rusiyanın dağılması Şimali Qafqazdan başlayacaq”backend

Saakaşvili: "Rusiyanın dağılması Şimali Qafqazdan başlayacaq"

“Rusiyanın dağılması Şimali Qafqazdan başlayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müxalif “Formula” telekanalının “Droeba” proqramına yazılı müsahibəsində bildirib. O, Rusiyanın dağılacağını proqnozlaşdırıb.

“Ukrayna, şübhəsiz ki, cəbhədə dönüş nöqtəsinə nail olacaq. Qərb Putin rejiminə son qoymaq qərarına gəlib. Rusiya sadə amillərə parçalanmağa başlayacaq.

Parçalanma ilk növbədə Şimali Qafqazdan başlayacaq.

İndi Rusiyanın qara pulları və ya siyasi məqsədləri ilə kor olan, Putin Rusiyasına mərc edən hər kəs çox ciddi səhv edir və nəticədə tam məğlubiyyətə uğrayacaq”, – Saakaşvili vurğulayıb.

O, həmçinin yazıb ki, Rusiyanın dağılması Gürcüstana Abxaziyanı qaytarmaq şansı verəcək. Digər tərəfdən, Şimali Qafqazda baş verən proseslər “lekianoba” təhlükəsinə gətirib çıxara bilər.

“Yeganə xilas yolu Avropa Birliyi və Ukraynadadır”, – Saakaşvili qeyd edib.

Onun fikrincə, gələcəkdə Gürcüstanın “hardasa Soçi bölgəsində” Ukrayna ilə ümumi sərhədi olacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*