backend

Saakaşvilidən Azərbaycana daha bir DƏSTƏK

“Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil”. 

KONKRET.az “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətində deyib.

Onun sözlərinə görə, separatçılığı dəstəkləmək qeyri-mümkündür: “Etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*