Prezident Əliyev və Baş nazir Paşinyan arasındakı görüş çox vacibdir.
KONKRET.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu barədə sosial mediada yazıb.
“Rusiyanın dayaqları burada qaldığı müddətcə Cənubi Qafqaz heç vaxt sülhü bərpa edə bilməyəcək. Rusiyanın son qalası İvanişvilinin patoloji diktaturasıdır. Azadlığı uğrunda mübarizə aparan gürcü xalqı regionda da sülh uğrunda mübarizəyə qoşulur”, – Saakaşvili vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
