Saakaşvilinin bədənində siçan zəhəri AŞKARLANDIbackend

Saakaşvilinin bədənində siçan zəhəri AŞKARLANDI

Saakaşvilinin orqanizmində siçan zəhəri tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze Mtavari telekanalının efirində danışıb. Vəkil bildirib ki, siyasətçinin bədənində siçan zəhəri aşkarlanıb.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidən götürülən tibbi müayinələr onun bədənində arsen izlərinin olduğunu göstərib.

Vəkilin sözlərinə görə, noyabrın 28-də, bazar ertəsi günü eks-prezident uzun müddətdən sonra ilk dəfə olaraq əlil arabasında aparılacağı məhkəmə zalında şəxsən iştirak edəcək. İclas başlamazdan bir neçə saat əvvəl ekspertlər onun analiz nümunələrində zəhərli maddələrin izlərini aşkar ediblər.

“Biz hələ dırnaq testlərini almamışıq, bu gün gəlib onu da alacaqlar”, – deyə vəkil vurğulayıb.

Saakaşvilinin saxlandığı həbsxananın rəhbərliyi və Gürcüstanın hüquq-mühafizə orqanları hələlik siyasətçinin zəhərlənməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Bundan əvvəl Saakaşvilinin anası Qiuli Alasaniya oğlunun bədənində ağır metalların miqdarına görə normadan artıq olduğu aşkar edildiyini bildirib. Daha sonra ekspertlər bildiriblər ki, siyasətçi məqsədyönlü şəkildə zəhərlənə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*