“Erməni xalqı heç dəyişməyib. 100 il necə idisə, indi də elə qalıb. Ermənilər arasında elələri var ki, hələ də türkləri və azərbaycanlıları özlərinə düşmən hesab edirlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni yazıçı Vahram Saakyan öz müsahibəsində vurğulayıb.
O daha sonra deyib: “Bizə çox yaxşı məlumdur ki, 1990-cı ildən 2020-ci ilə qədər Ermənistandan bir milyondan çox adam köçüb. Amma buna baxmayaraq, azərbaycanlıları köçəri adlandırırlar. Mən həmişə demişəm ki, dekabra qədər Qarabağ Azərbaycanın tərkibində olacaq. Yadımdadır ki, müxalifət mitinqdə bağırırdı ki, Qarabağ blokadada yerləşir. Onlar hansı məqsədlə belə axmaq bəyanatlar verirdilər?! Mən həmişə açıq şəkildə bildirmişəm ki, azərbaycanlılar Qarabağı blokadaya almayıblar. Məgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb?! Hesab edirəm ki, Paşinyan müdrik və düzgün siyasət həyata keçirir. Deməli, onlar özlərinə məxsus yolu bağlayırdılar.
Mitinqçilərdən birindən bir dəfə soruşdum ki, siz heç bilirsinizmi ki, Qarabağ Azərbaycanın tərkib hissəsində olan ərazi kimi tanınıb. Mitinqçilərə məsləhət gördüm ki, Qarabağ ermənilərinə yaxşı şərait yaradılsın, evlər tikilsin. Onlar mənə elə tərzdə baxırdılar ki, sanki mən xalqımıza qarşı düşmən kəsilmişəm.
Onlar öz axmaqlıqları və savadsıqlıqları ucbatından bizi belə bir situasiyaya gətirib çıxardılar. Günlərlə meydanlarda qışqırdılar ki, Qarabağ azərbaycanlıların olmayacaq. Dedilər ki, onlar hamıdan yaxşıdırlar və azərbaycanlılara təslim olmayacaqlar, müharibədə məğlub olmayacaqlar.
Dəfələrlə bəyan etmişəm, belə sərsəm bəyanatlar, açıqlamalar verib azərbaycanlıları qıcıqlandırmayın. Bəsdirin, yalanlarla yaşadınız. Belə məxluqları dünyada heç bir qadın doğmayıb. Ancaq ermənilər belə axmaqları dünyaya gətirdilər.
İndi “Qarabağ heç vaxt azərbaycanlıların olmayıb” deyənlərə müraciət edirəm, siz erməni xaçikləri, məni heç vaxt anlamadınız, başa düşmədiniz. Belə axmaq bəyanatlardan, nəhayət, əl çəkin!
Onlara belə məsləhət verəndə deyirlər ki, sən öz xalqını sevmirsən. Belə çıxır ki, yalnız bu axmaqlar, məxluqlar erməni xalqını sevir. İndi nə oldu, gördünüzmü, Qarabağ kimindir? Başınızdan zərbəni aldınız. Bunlar başa düşmürlər ki, nadan düşüncələri ilə Ermənistanı dağıdırlar”.
Natiq Səlim,
KONKRET.az