Saatlıda 50 yaşlı kişi qətlə yetirildibackend

Saatlıda 50 yaşlı kişi qətlə yetirildi

Saatlı rayonunda qətl törədilib.

 KONKRET.az xəbər verir ki, qətl hadisəsi rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Sədyar oğlu Abdullayevin mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir.

Ağır yaralanan şəxs dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Rizvan Məmmədağa oğlu Söhbətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*