Saatlıda qəza oldu, ölən və yaralanan varbackend

Saatlıda qəza oldu, ölən və yaralanan var

Sentyabrın 30-da saat 12 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində iki “VAZ” markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Apa-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində olan sərnişin, 1986-ci il təvəllüdlü X.Ağayev vəfat edib, sürücü və digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*