Bazar ertəsi, noyabrın 27-də Avstriya dəmiryolçuları tətil edəcək, nəticədə bütün ölkə ərazisində qatarların hərəkəti dayandırılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Dəmiryolçular aylıq məvaciblərin 400 avro artırılmasını tələb edirlər.
Qeyd olunub ki, danışıqların beşinci raundu uğursuz nəticələndikdən sonra Həmkarlar İttifaqı bütün bazar ertəsi davam edəcək və gecə qatarları da daxil olmaqla transsərhəd dəmir yolu hərəkətinə təsir edəcək xəbərdarlıq tətili elan edib.
Vurğulanıb ki, əgər bir günlük tətildən sonra dəmiryolçuların tələbləri təmin olunmasa, o zaman etirazlar təkrarlana bilər.