Dəhşətli  istilər başlayır: Sabah Bakıda…backend

Dəhşətli istilər başlayır: Sabah Bakıda...

İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturugecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*