Sabah bu rayonda qaz kəsiləcəkbackend

Sabah bu rayonda qaz kəsiləcək

Sabah Astara rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

KONKRET.az xəbər verir ki, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində orta təzyiqli qaz xəttinin üzərində diametri 150 mm-lik yeni siyirtmənin quraşdırılması ilə əlaqədar, “Ərcivan” qaz paylayıcı stansiyadan qidalanan Kijəbə qəsəbəsi, Tüləgivan, Ojəkəran, Deqədi və Səlivə kəndləri olmaqla ümumilikdə 1 900 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*