Sabah daha bir Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Qeyd edilib ki, Sahil Nurəddin oğlu İbrahimov Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn ediləcək.