“Sabah”ın UEFA Konfrans Liqasında növbəti rəqibi bilindibackend

"Sabah"ın UEFA Konfrans Liqasında növbəti rəqibi bilindi

“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

KONKRET.az xəbər verir ki, “bayquşlar” növbəti mərhələdə Bolqarıstanın güclü klubu “Levski” ilə qarşılaşacaqlar.

Avropa Liqasının II təsnifat mərhələsində Portuqaliya “Braqa”sına məğlub olan komanda (0:0, 1:0) Konfrans Liqasında “Sabah”a rəqib olub.

Bildirək ki, “Sabah” II təsnifat mərhələsində Moldovanın “Petrokub” klubuna iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*