Sabah Sabirabadın 9 kəndində qaz olmayacaqbackend

Sabah Sabirabadın 9 kəndində qaz olmayacaq

Sabah Sabirabad rayonunun 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə KONKRET.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, diametri 315 və 160 mm “Ulacalı-Suqovuşan” orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı aprılacaq. Bu məqsədlə iyulun 30-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3 882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*