Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayırbackend

Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır

Ölkədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün – 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.

Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*