Sabah saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanların elektron sənəd qəbuluna sabahdan start verilir.
Bu barədə KONKRET.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.