Sabiq baş nazir saxlanıldıbackend

Sabiq baş nazir saxlanıldı

Qırğızıstanın keçmiş baş naziri Comert Otorbayev saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.

O, Kumtor qızıl mədənindəki korrupsiya ilə əlaqədar açılan cinayət işi çərçivəsində saxlanılıb.

Məlumata görə, Otorbayev xarici şirkətin maraqları naminə Kumtorda yerləşən buzlaqların məhv edilməsinə kömək edob. Xüsusilə, o, ərazidə ekoloji ekspertiza aparan əlaqədar orqanlara təzyiq göstərib.

“Şübhəli şəxs Dövlət Təhlükəsizlik Komitəsi istintaq təcridxanasına yerləşdirilib”, – deyə məlumatda qeyd olunub.

Otorbayev 2014-2015-ci illərdə Qırğızıstan hökumətinə rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*