Sabiq deputat cəmiyyətin aqressiyasından və çıxış yollarından danışdı – ƏTRAFLIbackend

Sabiq deputat cəmiyyətin aqressiyasından və çıxış yollarından danışdı - ƏTRAFLI

Təxminən 90-cı illərdə dünya qarışdı, sovet duzənimiz dağıldı, əvvəl Nemətin mitinqləri, sonra 20 Yanvar, sonra gah metro partladı, gah avtobus partladı, gah vertolyot vuruldu, qaçqınlar, qaçqınlar, qaçqınlar, 20 min şəhid, yetim uşaqlar, yetim analar, yetim arvadlar. Çörək növbələri, saat 05-də növbə tutmasan, çörək yoxdur… Tez-tez dəyişən elitalar, yerlerde müdirləri… Başı qaçmayan qalmadı, stres keçirməyən adam yoxdur bu ölkədə. 88,89,90,91,92,93,94,95-ci illərdə doğulan, 7 yaşına kimi olan nəsil travmalıdır. Hələ zəlzələ ilində doğulanları da bura əlavə edin (2002). Bunların travmasının olduğuna şübhəmiz varmı? Yoxdur. Qaldı ki, bir azyaşlılar…. 20000 şəhidin anası, balası, arvadı… Bunu da saydıq… İndi gələk 44 günlük müharibəyə..

Müharibəyə gedənimizlə 44 gün sutkada 100 dəfə öldük dirildik… Gəncəyə bomba atdılar, 1 həftə paltarlı yatdıq. Bərdəyə, Tərtərə, Xızıya, Mingəçevirə… Yata bilirdik? 44 gün… İndi də dinclik yoxdur hələ…

Siz necə güman edirsiniz? Bu yığılıb qalmış aqressiya çıxmamalıdır?

Çıxmalıdır, çıxır da… Biri arvadının başını kəsir, biri qızının, biri atasının, biri anasının… Hə, hələ bu lənətə gəlmiş pandemiyanın sonsuz şokları, stresləri, evdən bayıra çıxmamaqları.

“Səhər naxıra, axşam axura” gedib gəlməyə öyrəşmiş vətəndaşların, ailələrin günlərlə evdə həbsi… Pandemiyada biznesi batanlar, banklara dollar qalxandan hələ də borclu qalanlar…

Asandır? Deyil… Ölkədə psixikası yerində qalmış neçə adam qaldı?

Sıfır! Bəli, xanımlar və cənablar! Sıfır! İndi neyləməliyik? Nəsə etməliyik də… Yoxsa, “Ay polis, ay qaramaskalı, onu tut, bunu tut, onu da tut, bunu da həbs elə”.

Fərqindəsiniz, yoxsa yox, bilmirəm. Amma bu gün hamı güc tətbiq etmək istəyir. Ya özü, ya da polisin, qaramaskalının əli ilə… Həbs xəbərləri camaat üçün “valerianka”ya çevrilib…

Normal vəziyyət deyil.. Təcili bütün cəmiyyətin psixi vəziyyəti ilə bağlı tədbirlər görülməlidir. Psixoloq kimi ən sadələrini yazacağam.

Bütün nazirliklər öz strukturlarına məktublar göndərsin. Böyük və orta biznes sahibləri iş yerlərində tətbiq etsin. (Çünki bu stresli camaatın kütləyə çevrilməsinə yol vermək olmaz və bu işdə ən maraqlı tərəf belə demək mümkünsə, idarə edənlər və biznes klasdır). Bu işlərin aparıcı qüvvəsi KİV-lər (TV, radio) olsun.

Səhərlər (hər saatın icində 5-7 dəq, saat 12.00-a), günün ikinci yarısında (3 saatdan bir) kimi idman hərəkətləri, şənbə, bazar günləri ailəlikcə (mütləq uşaqlar) iş yerindən həmkarlar ittifaqının endirim faizi ilə daxili turlar, teatrlara gedişlər, pikniklər. Səhərin bütün parklarında bulvarda olduğu kimi musiqi səsləndirilsin.

Tv-lərdə aqressiya, şiddət, ailədaxili zorakılıq, nifrət yağan seriallar təcili dayandırılsın! Əvəzinə ata-anaya, ailəyə, təbiətə, heyvanlara sevgi nümayiş etdirən seriallar verilsin.

Ən minimumu yazdım.

Birdə ki, hamınız zəhmət olmasa, Eynşteynin qızı Lizerlə məktubunu oxuyun.

Hamınızı sevirəm, sabahınız xeyrə açılsın, cümə gününün bütün gözəllikləri üstünüzə leysan kimi yağsın, əziz həmvətənlərim, azərbaycanlılarım!!!!

P.S.

Eynşteynin qızına və özündən sonra gələcək yeni nəslin aydın insanlarına (buna çox inanırdı) yazdığı məktubu:

“Nisbilik nəzəriyyəsini açıqladığım zaman çox az insan məni başa düşdü. İndi yazacaqlarım da insanlığa aydın olanadək, bu dünyada yanlış anlaşılmağa və önyarğıyla vuruşmağa məhkumdu.

Məktubları çox uzun müddət qoruyub saxlamağını istəyirəm, ta o vaxta kimi ki, cəmiyyət bu yazdıqlarımı qəbul edəcək səviyyədə inkişaf etsin.

Elmin izah edə bilmədiyi son dərəcə böyük bir güc var. Bu güc kainatda çalışan bütün digər hadisələri özündə birləşdirib, nəzarət edir.

Bu universal güc SEVGİDİR.

Elm adamları kainatın vahid bir nəzəriyyəsini axtararkən, ən böyük, görünməz, universal gücü unutdular.

Sevgi verən və alanları nurlandıran bir işıqdı.

Sevgi bir cazibədi.

İnsanların bir-birinə olan cazibəsi bu cür baş verir.
Sevgi gücdü, çünki içimizdəki ən yaxşı olanı artırır və bəşəriyyəti kor eqolarda batmağa qoymur.

Sevgi üçün yaşayır və ölürük. Sevgi Allahdır, Allah isə Sevgi. Bu qüvvə hər şeyi izah edir və həyata anlam verir. Bu, bizim uzun müddət gözardı etdiyimiz təzadlı bir şeydir, bəlkə də, çünki insanların kainatda öz azad iradələrinə tabe edə bilmədikləri, yönəldə bilmədikləri tək enerji sevgidi və elə buna görə də sevgidən qorxuruq.

Sevgini anlamaq üçün, ən məşhur tənliklərimdə sadə dəyişmələr etdim. Əgər E=mc2 yerinə, dünyanı yaxşılaşdıracaq enerjinin, işıq sürətinin kvadratına vurulan sevgiylə əldə oluna biləcəyini qəbul etsək, bu nəticəyə gəlmək olar: Sevgi ən böyük gücdü, çünki məhdudiyyəti yoxdu. Planetimizi məhv edən nifrət, eqoizm və paxıllığı tamamilə yox edə biləcək qədər güclü bir qurğu olan “sevgi bombası”nı hazırlamaq üçün yəqin ki, biz hələ hazır deyilik. Buna baxmayaraq, hər bir fərdin içindəki enerjinin ortaya çıxmasını gözləyən kiçik, lakin çox güclü bir generator – sevgi var.

Bəşəriyyətin kainatda bizim düşmənimiz halına gələn digər qüvvələri istifadə və nəzarətindəki uğursuzluğundan sonra özümüzü başqa növ bir enerjiylə bəsləməyimiz zəruridir. Əgər cinsimizin həyatda qalmasını arzulayırıqsa, əgər həyatda bir məna axtarmaq lazımdısa, əgər dünya və içində yaşayan hər bir duyarlı varlığı xilas etmək istəyiriksə, sevgi tək və yeganə cavabdı.

Kainatın bu universal enerjisini alıb – verməyi öyrəndiyimiz zaman, biz hər şeyi aşa biləcəyimizi anlayacıq, əziz Lieserl. Çünki sevgi hər şeyin fövqündə durandı, həyatın özəyidi. Çox təəssüf ki, sənə duyduğum hissləri həyatım boyu ifadə edə bilməmişəm. Bəlkə üzr istəmək üçün artıq çox gecdi, ancaq – zaman nisbi anlayışdı. Mən sənə deməliyəm ki, səni sevirəm və sayəndə həyatımın son cavabını tapdım.

Atan Albert Eynşteyn”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*