Sabiq deputat vəfat etdibackend

Sabiq deputat vəfat etdi

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.

KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, 72 yaşlı eks-millət vəkili Bakıda dünyasını dəyişib.

Sabiq deputat bu gün Kürdəmir rayonunda dəfn ediləcək.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş “Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*