Sabiq hərbi hissə komandirinə hökm oxundubackend

Sabiq hərbi hissə komandirinə hökm oxundu

Rüşvət almada təqsirləndirilən sabiq hərbi hissə komandiri Vüsal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Vüsal Hüseynov 5 il müddətə şərti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən Vüsal Hüseynov Tərtərdə yerləşən N saylı hərbi hissəsinin komandiri olub.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*