Sabiq nazirin qohumlarına məxsus şirkət “Azərişıq” ASC-ni məhkəməyə verdibackend

Sabiq nazirin qohumlarına məxsus şirkət "Azərişıq" ASC-ni məhkəməyə verdi

Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı “Azərişıq” ASC-ni məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, şirkət Mərkəz Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı elektrik enerjisinin ödənilməsi ilə bağlı tələb irəli sürüb.

İş hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: mətbuatda Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı mərhum müdafiə sənayesi naziri Yavər Camalovun qohumlarına məxsu olduğu barədə məlumatlar yayılıb.

Xatırlatma: Sabiq nazir Yavər Camalov 2018-ci il iyunun 23-də vəfat edib. Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*