Sabirabadda motosikletçi qəzaya düşdü, vəziyyəti ağırdırbackend

Sabirabadda motosikletçi qəzaya düşdü, vəziyyəti ağırdır

Sabirabadda motosikletçi avtomobillə toqquşub, vəziyyəti ağırdır.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Güdə Cühür kəndində qeydə alınıb. Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1992-ci il təvəllüdlü Heydərli Həbib Kamran oğlu idarə etdiyi motosikletlə VAZ 2104 markalı avtomobillə toqquşub. Ağır xəsarətlər alan motosikletçi Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*