Şabran şəhərində yanğın baş verib
KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində fərdi yaşayış binaların ərazisində yanğın baş verib. Nəticədə alov güclənərək avtoyuma, plastik sexlərinə və kol-kos əraziyə yayılıb.
Yanğın baş verən əraziyə Şabran Dövlət Yanğından Mühafizə (DYM) briqadasının texnikaları və canlı qüvvələri cəlb olunub.