ŞAD XƏBƏR: Pensiya ilə bağlı bu yenilik vətəndaşlara geniş imkanlar verəcəkbackend

ŞAD XƏBƏR: Pensiya ilə bağlı bu yenilik vətəndaşlara geniş imkanlar verəcək

Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Yeni fondlar dövlət pensiya sistemindən fərqli olaraq, vətəndaşların könüllü şəkildə topladıqları vəsaitlərin idarə olunmasına xidmət edəcək. Maraqlıdır, dövlət pensiyası ilə özəl pensiya fondlarının vətəndaş üçün fərqi nə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, özəl pensiya fondları bütün Azərbaycan vətəndaşları üçün əlçatan olacaq:

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

“Bu fondlardan hamı faydalana bilər. Yalnız bir şərt var, vətəndaş əmək haqqından müəyyən hissəni ora köçürməlidir. İcbari dövlət pensiya fonduna maaşımızdan faiz tutulub köçürülürsə, özəl pensiya fondlarına ödəmələr könüllü olacaq”.

Ekspertin sözlərinə görə, dövlət pensiyası və özəl pensiya fondları bir-birinə alternativ kimi görünsə də, əslində vətəndaş eyni vaxtda hər iki mexanizmdən faydalana biləcək:

“Dövlət pensiya fondu bizə 65 yaşda pensiya təminatı yaradır. Özəl fondlarda isə daha tez çıxmaq imkanı ola bilər. Həmçinin, vətəndaş vəsaitini tam götürmək və ya aylıq ödəniş formasında pensiyasına əlavə kimi almaq imkanı var. Əgər qəfil hadisə baş verərsə, fondlarda toplanan vəsait varislərə keçəcək”.

Xalid Kərimli qeyd edib ki, özəl pensiya fondları vətəndaşa seçim imkanı verir:

“Dövlət pensiya fondu işləməyənlərə də minimum təminat yaradır. Amma özəl pensiya fondundan yalnız iştirak edən şəxslər faydalanacaq. Bu sistemin üstünlüyü məcburi olmaması və daha çevik imkanlar təqdim etməsidir”.

Ekspert əlavə edib ki, fondların fəaliyyət prinsipləri və idarəetmə mexanizmləri dəqiq müəyyənləşdikdən sonra vətəndaşlara daha geniş təminat imkanları açıla bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*