Safaryan: “Sülh olmasa, ruslar da bizə kömək etməyəcək”backend

Safaryan: “Sülh olmasa, ruslar da bizə kömək etməyəcək”

Ermənistan cəmiyyətindəki xaos və qarşıdurma davam etdikcə, düşmən ölkədə siyasi çatlar daha da artır. İndi Ermənistanın bütün təbəqələrində gedən dedi-qodunun mövzusu birdir. O da Ermənistanın Qarabağı Azərbaycanın tərkibində tanıması və reinteqrasiya prosesidir. Hətta bu yaxınlara qədər Ermənistan mətbuatının gündəmindən düşməyən Zəngəzur dəhlizi, anklavlar, eləcə də delimitasiya və demarkasiya məsələsi arxa plana keçib. Avropa İttifaqının prezidenti Şarl Mişelin bəyanatından sonra  müzakirələr başqa istiqamətdədir. Erməni politoloq Aram Safaryan yerli mətbuata müsahibəsi də bu mövzunu əhatə edir. O, söhbətinə təsadüfən “Ermənistan müstəqillik əldə etdiyi andan  Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, – fikrilə başlamayıb. Bunlar ictimai rəyə hesablanıb və qaynar qazanı xatırladan Ermənistan cəmiyyətini bir qədər sakitləşdirmək üçündür. Əslində Safaryan sözün düzünü deyib. Politoloq bildirib ki, ”9 noyabr 2020-ci ildən sonra Rusiya sülh prosesinin təminatçısı rolunu öz üzərinə götürdü, Ermənistan və Azərbaycan sülh perspektivi ilə bağlı danışıqlara başladı.

Daha sonra Avropa İttifaqı ABŞ-ın dəstəyi ilə prosesi tənzimləmək təşəbbüsünü Moskvanın əlindən aldı. Tərəflər Şarl Mişelin vasitəçilik təklifini rədd edə bilməzdi. İndi Qərb Rusiya qoşunlarını Qarabağdan, daha sonra, ola bilsin ki, Ermənistandan çıxarmağa çalışacaq. Azərbaycan isə gündən-günə güclənir. Bu vəziyyətdə Rusiya vəziyyəti 9 noyabr sazişinə uyğun, Cənubi Qafqazdakı proseslərdən təcrid olunmamağa cəhd edir.

İndi  heç kim Azərbaycanı incitmək istəmir. Üstəlik, hamı başa düşür ki, bu şəraitdə ermənilərin ilkin məskunlaşdıqları yerlərdən köçmələri çox realdır.

Biz etiraf etməliyik ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti erməniləri düşmən hesab edir.

Daha sonra Rusiya XİN-nin bəyanatına toxunan Safaryan Rusiya kontingentinin 2025-ci ilə qədər Qarabağda qalacağını, bundan sonrakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırıb:

“Rusiya sülhməramlılarından 2025-ci ildən sonra da Qarabağda qalmağı kim tələb etməlidir? Axı burada qarabağlıların istəyi yetərli deyil. Əgər Ermənistan və Azərbaycan birlikdə və ya ayrı-ayrılıqda bunu etmək istəmirlərsə, hansı sülhməramlı qüvvə Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı olacaq”.

Bununla da uduzduqlarını görən ermənilər nəyə ümid etdiklərin anlamaqda çətinlik çəkirlər. Ola bilsin ki, onlara vəd verən dövlətlərin köməyinə arxayındırlar. Amma özlərinin də etiraf etdiyi kimi, Azərbaycan daha güclüdür və Cənubi Qafqazın ən güclü orudusuna malikdir. Bu ordu isə istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*