Şagirdlər 2 ay məktəbə gəlmədi, yoxlamalara başlanıldı – FOTObackend

Şagirdlər 2 ay məktəbə gəlmədi, yoxlamalara başlanıldı - FOTO

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

“Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə dərc olunan məlumata əsasən bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb. Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə Samux rayonu E. İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə davamiyyətin aşağı olduğu ilə bağlı məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*