Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq.
KONKRET.az xəbər verir ki, bunu bu gün “2025-26-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
“Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən, şagirdlər tədris vaxtı telefondan istifadə edə bilməzlər”, – o əlavə edib.