Şagirdlərin həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılırbackend

Şagirdlərin həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır

Şagirdlərin daha zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır.

KONKRET.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Nazirlik rəsmisi bildirib ki, yuxarı sinif şagirdlərinin isə məktəbə həftədə 1-2 dəfə gəlməsi nəzərdə tutulur.

“İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma mümkün variantlardır”, – deyə V.Yaqublu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*