Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edəcək, Zəfər paradında iştirak edəcək”.
KONKRET.az bildirir ki, bunu apa-ya açıqlamasında Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani deyib.
Senat sədri bildirib ki, Pakistan ən yüksək səviyyədə 8 Noyabrda keçiriləcək Zəfər paradında iştirak edəcək: “Çünki Azərbaycanla münasibətlərimizin analoqu yoxdur”.
