Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi – FOTObackend

Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi - FOTO

Mərkəzi Bankın sabiq departament direktoruna yeni vəzifə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə müşavir təyin edilib.

KONKRET.az Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Mahmudov Elşən Mahmud oğlu bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Elşən Mahmudov bir neçə ay əvvəl Mərkəzi Bankın Nağd Pul Departamentinin direktoru vəzifəsindən azad edilib. O, Elmar Rüstəmovun Mərkəzi Bank sədri olduğu vaxt 15 il – 2008-ci ildən 2023-cü ilə kimi müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bankın Sumqayıt Ehtiyat Mərkəzinin direktoru vəzifəsini tutub.

Elşən Mahmudov Mərkəzi Bankda çalışdığı müddət ərzində Elman Rüstəmovun adamı kimi tanınıb.

  • Barda
    Fevral 24, 2024 - 23:04

    Bu il ƏƏSMN uğursuz islahatlar aparması nəticəsində.Sadə vərəndaşları kütləvi ixtisarların qurbanı olmağa davam edir.29.12.2023 cü il tarixdə DSMF nin Qarabağ Rüfional Filialının müəmalı şəkildə ləğv edilməsi uöursuz islahatın bariz nümunəsidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*